ABŞ-da silahlı şəxs insanlara atəş açdı: Ölən və yaralananlar var

  • By admin
  • 18 İyun 2021 09:51

ABŞ-ın Arizona ştatının Finiks şəhərində baş verən silahlı atışma nəticəsində bir nəfər öldürülüb, 12 nəfər xəsarət alıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Hadisəni törədən silahlı şəxsin saxlanıldığı bildirilir. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

Hüquq mühafizə orqanları insidentin səbəblərini araşdırır.

Gununsesi.info