ABŞ-da son sutkada koronavirusdan 1 500 dünyasını dəyişib

  • By admin
  • 30 İyul 2020 19:06

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 1 500 nəfər vəfat edib.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək COVID-19-dan ölənlərin sayı 153 888 nəfərə çatıb.

ABŞ-da son 24 saatda 69 995 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 4 570 125 nəfərə çatıb.

ABŞ-da xəstəlikdən sağalanların sayı 2 246 000 nəfərdən çoxdur.

 

 

Gununsesi.info