ABŞ-da təyyarə qəzası: Ölənlər var

  • By admin
  • 12 Sentyabr 2020 16:22

ABŞ-da “Navion” yüngül mühərrikli təyyarə Los-Anceles aeroportu yaxınlığındakı avtomobil dayanacağının ərazisində qəzaya uğrayıb.

Gununsesi.info bildirir ki, bu barədə NBC Los-Anceles telekanalı məlumat yayıb.

Təyyarə yerə çırpılandan dərhal sonra yanmağa başlayıb.

Nəticədə iki nəfər həlak olub.

ABŞ Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nümayəndələri qəzanın istintaqını aparır.

Gununsesi.info