ABŞ-dakı dinləmələr Azərbaycana təzyiq metodudur - MİLLƏT VƏKİLİ

  • By admin
  • 16 Sentyabr 2016 14:07
abs-azerbaycan
“Təəssüflər olsun ki, bu gün Amerikada ermənipərəst siyasi dairələr var ki, onlar erməni lobbisinin təsiri altında daimi  anti-Azərbaycan mövqeyi nümayi etdirməkdədir. Bu qüvvələr məqam düşən kimi anti-Azərbaycan təbliğatını aparırlar”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov  ABŞ-da Helsinki Komissiyasının Azərbaycanda insan haqqlarının pozulması, son dövlərdəki həbslərlə bağlı keçirdiyi dinləmələrə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu gün  ABŞ-Azərbaycan münasibətləri də strateji tərəfdaşlıq münasibətləridir və iki ölkə enerji və təhlüksəzilik, beynəlxalq terrorizmə qarşı birgə mübarizə  istiqamətində sıx əməkdaşlıq edir. “Bu hamıya bəllidir. Ancaq buna baxmayaraq,   Amerikada fəaliyyət göstərən anti-Azərbaycan siyasi dairələr ölkədə mühüm və əhəmiyyətli tədbirlər ərəfəsində Azərbaycanı hədəf seçərək, bizə qarşı qarayaxma təbliğat kampaniyası aparırlar. Onlar Azərbaycanla ultimatum dilində danışmağa çalışırlar”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili əlavə edib ki,  hər hansı təşkilatın və ya ölkənin Azərbaycana ultimatium dilində danəşması qəbuledilməzdir: “Ancaq biz əvvəllər də, prezident, parlament seçkilərində, Birinci Avropa Oyunları, “Avrovizyon” musiqi yarışması zamanı də belə halların şahidi oluşuq. İndi də həmən qüvvələr referendum ərəfəsində aktivləşiblər. Odur ki, belə dinləmələrin heç bir hüquqi əsası yoxdur və bunlar bizə qarşı təzyiq metodur.”.
E.Nəsirov əlavə edib ki, həmən xaricdə fəaliyyətə göstərən anti-Azərbaycan  siyasi dairələrin Azərbaycan daxilində siyasətini həyata keçirən  sapı özümüzdən olan “beşinci kolon” adlandırılan qüvvələri var: “Bunlar AXCP, “Müsavat”, REAL, Milli Şura, Ümid Partiyasıdır. Adını çəkdiyim qüvvələr xaricdəki qüvvələrin əlində alət olmaqdadır. Məhz Azərbaycanda keçirilən mühüm tədbirlər ərəfəsində  onlar aktivləşərək öz xislətlərini nümayiş etdirir. Onların xidmətlərinin adı xəyanətdir. Onlar xəyanətlərinin müqabilində  öz maddi imkanlarını təmin edirlər”.
Millət vəkili deyib ki, belə metodlarla və ya təzyiqlərlə xalqımızın mövqeyini dəyişmək mümkün deyil: “Xalq yaxşı anlayır ki, onlar Azərbaycanda  sabitliyi gözü götürmədiyindən, bu ictimai sabitliyi pozub, idarəolunan xaos yaratmaq istəyirlər. Onlar Azərbaycanda prezidentlə xalq arasındakı birliyi gözü götürmədiyindən  ixtilaf törətmək istəyirlər və bunun əks effektini görürlər. Nəticədə prezdentlə xalq arasındakı birlik daha da  möhkəmlənir”.
Millət vəkili sonda deyib ki, bu qüvvələr Azərbaycanda gərginlik ocağı yaratmaq niyyətləri baş tutmayacaq: “Ancaq sapı özümüzdən olan xəyantəkar baltaların ifşa edilməsi zamanı yetişib. Onlar  ictimai qınaq obyektinə çevrilməlidir. Onların siyasi səhnəni tərk etmə zamanı yetişib”- deyə, o vurğulayıb.
Mürtəza
Gununsesi.info