ABŞ-ın Azərbaycandakı səfiri Yavər Camalovla görüşüb

  • By admin
  • 16 Sentyabr 2016 14:01

sekuta

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, nazir Azərbaycan ilə ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Anar

Gununsesi.info