ABŞ-dan Bəşər Əsədi öldürmək “təklif”i…

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 17:15
basar-asad
ABŞ Konqresinin Beynəlxalq  Münasibətlər Şurasının qapalı brifinqində Suriya problemini çözmək üçün Bəşər Əsədin öldürülüməsi təklif olunub.
Gununsesi.info Foreign Policy-yə istinadən xəbər verir ki,  Bəşər Əsədin öldürülməsi ilə bağlı sual Ağ Evin Yaxın Şərq üzrə üzrə sabiq koordinatoru Flip Qordona ünvanlanıb.
F.Qordon isə deyib ki, Əsədin öldürlüməsi Suriya probleminin həllinə elə də ciddi təsir etməyəcək və lazımi effekt verməyəcək:  “Əvvəla, bu, qeyri-qanunidir. Digər tərəfdən, Rusiyanın və İranın Suriyada maraqları qaldıqca, bu, elə də lazımı effekti verməyəcək və onsuz da məsələ həll olunmayacaq. Bəşər  Əsəd ölsə və yaxud öldürlsə belə, Rusiya tərəfindən dəstəklənən rejim fəaliyyətini davam etdirəcək və bu zaman konfliktin həllində hər hansı dəyişiklik olmayacaq. Bəşər Əsədin ölümü əsaslı şəkildə Suriya  müxalifətinin xeyrinə dəyiməyəcək”.
Gununsesi.info