Dollar yenə bahalaşacaq

  • By admin
  • 20 May 2016 08:54

FES iyunda dolların bahalaşmasını mümkün sayır

 

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Açıq Bazar üzrə Federal Komitəsinin aprelin 26-27-də keçirilən iclasının protokolları açıqlanıb.

FES-in rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti statistik göstəricilərin ABŞ-da makroiqtisadi vəziyyətin yaxşılaşmasını əks etdirəcəyi təqdirdə iyunda keçiriləcək iclasda faiz dərəcələrini artırmağa hazır olduqlarını bəyan ediblər.

Çin hökuməti bu xəbəri ciddiyə alaraq artıq mümkün fəsadların qarşısının alınması istiqamətində addımlar atmaqdadır. Xatırladaq ki, ötən müddət ərzində Çinin milli valyutası iki dəfə ciddi devalvasiyaya uğrayıb. Ekspertlərə görə, Çin iqtisadiyyatının zəifləməsi isə öz növbəsində 2017-2020-ci illərdə “Brent” markalı neftin qiymətinin orta hesabla 30 dollar/bareləÿqədər ucuzlaşmasınaÿsəbəb olacaq.

Çinin valyutasının devalvasiyası Azərbaycana da yaxşı heç nə vəd etmir. Çünki Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə Çinin dövlət qiymətli kağızlarına 3 mlrd. yuan (təxminən 500 mln. ABŞ dolları) sərmayə yatırmışdı. Onu da qeyd edək ki, bu addım atıldıqdan bir müddət sonra yuan devolvasiyaya məruz qaldı və Neft Fondu nəticədə itkiylə üzləşdi.

Dolların bu dəfə dəyər qazanması iqtisadiyytımıza nə vəd edir?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, dolların dəyər qazanacağı ilə bağlı məlumatlar vaxtaşırı dərc olunur. Dolların bahalaşması Azərbaycanda dollarda yığımların, əmanətlərin həcminin daha da böyüməsinə səbəb olacağını deyən N.Əliyev vurğuladı ki, çünki ehtiyatların bahalı valyutada yığılması öüzünü bütün dövrlərdə doğruldub: “Bu gün Azərbaycanda mili valyutaya münasibətdə dolların məzənnəsi çox yüksəkdir. Ona görə də əhali əmanətlərini xarici valyutada saxlamağa üstünlük verir. Belə bir vəziyyətin yaranması dəyərdən düşmüş manatı daha da dəyərsiz hala gətirir. Azərbaycan iqtisadiyyatı üçün bunun təhlükəli tərəfi məhz budur. Uzun müddətdir ki, dolların bahalaşa biləcəyi xəbərdarlığı edilir. Əslində bunu bir fürsət kimi də dəyərləndirmək olar. Amma çox təəssüf olsun ki, neçə müddətdir ki, belə xəbərdarlıqların edilməsinə baxmayaraq Azərbaycan hökuməti gərəkən addımları ata bilməyib”.

N.Əliyev bildirdi ki, hökumət ixrac yönümlü fəaliyyətə təkan verə bilməyib. N.Əliyevin sözlərinə görə, qeyri-neft sektorunun inkişafında cüzi də olsa irəliləyişə nail olunmayıb: “Ölkənin kreditləşməsi sahəsində, investisiyaların cəlbində vəziyyət bərbaddır. Daha o sahə qalmayıb ki, orada kreditlərin geri çəkilməsi böyük sürət almamış olsun. Təsəvvür edin dollar bir qədər də bahalaşsa, kredit almaq ümumiyyətlə mümkün olmayacaq. Çünki hazırda kredit almaq müşkilə çevrilib. Kreditləşmə prosesi tamamilə dayanacaq”.

N.Əliyev hesab edir ki, hətta dolların bahalaşmasıyla bağlı proqnoz özünü doğrultmasa belə hökumət qabaqlayıcı tədbirlər görməli, manatın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atmalıdır.dol