Amerika fond bazarında Dow Jones indeksi 0,52% – 17 435,40 bəndədək, S&P 500 0,37% – 2 040,04 bəndədək, NASDAQ 0,56% – 4 712,53 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 1,82% – 6 053,35 bəndədək, Almaniya DAX-ı 1,48% – 9 795,89 bəndədək, Fransa CAC-40-ı 0,85% – 4 282,54 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,30 dollar bahalaşaraq 1 255,10 dollara, gümüş isə 0,02 dollar artaraq 16,52 dollara satılıb. (APA)