ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

  • By admin
  • 14 Fevral 2017 23:15

dunnigan

 

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək.

Bu barədə Trend-ə ABŞ dövlət departamentindən məlumat verilib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək.

Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

 

Gununsesi.info