ABŞ “greencard”ların verilməsində yeni qayda tətbiq edəcək

  • Müəllif: admin
  • 13 Avqust 2019 09:21

Ağ ev “greencard”ların (daimi viza) verilməsini mürəkkəbləşdirən yeni qayda tətbiq edəcək.

Reuters xəbər verir ki, gəlirləri standartlara uyğun olmayan iddiaçılara daimi viza verilməyəcək.

Yeni qayda oktyabrın 15-də qüvvəyə minəcək. Yaşadığı ölkədə aşağı gəliri və sosial təminata ehtiyacı olan şəxslərə daimi və müvəqqəti viza verilməyəcək.

Yeni qayda miqrantların ABŞ-da leqallaşmasına əngəl törədəcək.

Ekspertlərin fikrincə, yeni qayda Tramp adminisrasiyasının ən radikal qərarlarından biri olacaq.

Gununsesi.org