ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahını sınaqdan keçirdi - VİDEO

  • By admin
  • 18 İyul 2017 09:27

lazer

ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə CNN telekanalı məlumat verib. Məlumata görə, bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.

LaWS sisteminin sürəti 50 min dəfə qitələrarası ballistik raketin sürətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA dənizə düşüb.

Gununsesi.info