ABŞ Hərbi-Hava Qüvvələri İŞİD-in 20-dən çox komandirini Deyr əz-Zordan təxliyə edib

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 21:46

1501879588 (1)
ABŞ Hərbi-Hava Qüvvələri bu ilin avqustunda İŞİD terror qruplaşmasının 20-dən çox səhra komandirlərini Suriyanın Deyr əz-Zor rayonundan təxliyə edib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə bildirib.

“Vaşinqton “digər istiqamətlərdə” təxliyə edilən silahlıların təcrübəsindən istifadə etməyi planlaşdırır”, – deyə mənbə bildirib.

“Belə ki, avqustun 26-sı gecə saatlarında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus helikopter İŞİD-in Avropa mənşəli iki səhra komandirini ailələri ilə birlikdə Deyr əz-Zor şəhərinin şimal-qərbindəki Treyf rayonu yaxınlığından təxliyə edib”, – deyə mənbə bildirib.

Bundan başqa, avqustun 28-də ABŞ helikopterləri Deyr əz-Zor şəhərinin cənub-şərqindəki Əlbü Leyl rayonundan İŞİD-in 20-dək səhra komandirini Suriyanın şimalına təxliyə edib.

 

Gununsesi.info