Nişanlısından ayrıldı – işindən oldu

  • By admin
  • 07 Sentyabr 2017 21:35

132641_mvn9nxw9sg
Müğənni Alişan nişanlısı Eda Eroldan ayrıldıqdan sonra işini də itirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına göeə, ifaçı bu mövsümdə ATV kanalında yeni proqramla tamaşaçı qarşısına çıxacaqdı. Verilişin təşkilatçısı isə Esra Erolun həyat yoldaşı Ali Özbir idi.

Lakin Alişan Edadan ayrıldıqdan sonra Ali də veriliş işlərini rədd edib.

Bununla da sənətçi yeni işindən olub.

Qeyd edək ki, Alişanla Edanın ayrılmasına səbəb kimi aralarında Edanın keçmiş sevgilisi Oqan Şenyolcu ilə bağlı mübahisə yaranması göstərilir.

 

Gununsesi.info