Bakıda 40 nəfəri ilan sancıb

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 21:30

ilan

Bu ilin birinci yarımilliyində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1121 müraciət daxil olub. Müraciət edənlərin 1048-i xəstəxanaya qəbul edilib. 

Gununsesi.info report-a istinadən xəbər verir ki,bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, bu müddətdə sirkə turşusundan 111 nəfər, dəm qazından 165 nəfər, dərmandan 544 nəfər zəhərlənib: “121 nəfərdə isə allergik reaksiyalar baş verib. Yanvar-iyun ayları ərzində 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla zəhərlənmə, 40 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub”.

A.Maqsudov deyib ki, yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib. Regionlardan əsas müraciətlər Şamaxı, Hacıqabul, Qazax, Şəmkir, Astara, Lənkərandan daxil olub.

Gununsesi.info