
ABŞ “Hizbullah”la əlaqəsi olan şirkətlərə və şəxslərə qarşı sanksiya tətbiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ABŞ Maliyyə Naziriliyi “Hizbullah” hərəkatı ilə əlaqəsi olan 6 Livan vətəndaşı və Livan, Liberiya, Qanada fəaliyyət göstərən 7 şirkətə qarşı sanksiya tətbiq edilib. Qeyd edək ki, Vaşinqton artıq “Hizbullah”ı terror təşkilat kimi tanıyıb.
Ağ Evin “qara siyahı”sına Livan vətəndaşları olan Nabil Mahmud Assaf, Mühəmməd Badr ad-Din, Əli Mühəmməd Kansu, Cahad Mühəmməd Kansu, Abdul Lətif Saad və İssam Əhməd Saad düşüb.
ABŞ maliyyə naziri Stiven Mnuçin “Hizbullah”ın beynəlxalq maliyyə sisteminin məhdudlaşdırılması istiqamətindəki siyasətini davam etdirəcək.
Gununsesi.info












