Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: QATIQ DETOKSU

  • Müəllif: admin
  • 03 Fevral 2018 10:28

Qarında və budlarınızda illərlə yığılan  yağlardan qurtulmaq üçün  gündə ən azı 0,5 kq  arıqladan qatıq detoksuyla  fit görkəmə malik ola bilərsiniz.

Gununsesi.info-nun xəbərinə görə, qatıq detoksunu həftədə azı 2 gün edə bilərsiniz.  Bu zaman tezliklə gec gedən çəkilərdən azad olacaqsınız.  Bunun  üçün günə 1 litr qatıq istifadə edilir. Eyni zamanda  qatıgın içərisinə müxtəlif yağ yandıran göyərti və tərəvəzlər əlavə edə bilərsiniz. Bu detoks sizi tox saxlamaqla yanaşı, həm də kilolarınızı yandıracaq.

Qatıq detoksu

1 kasa qatıq
Kələm -100 qram
Şüyüd -yarım dəstə
Kərəviz – yarım dəstə
Göy soğan – yarım dəstə
Nanə – yarım dəstə
İspanaq -yarım dəstə
Turşəng – yarım dəstə

Hazırlanması:

Bütün bunları doğrayıb kasada qarışdırın.  Duz əlavə etmək qəti qadağandır. Gün ərzində saat 16-00-dək  yeyin.  Səhər oyandığınızda qarnınızdaki qabarıqlığın azaldığını, tərəzidə yarım kiloya qədər arıqladığınızı görəcəksiniz.

Gündəlik bol su içməyi də unutmayın.

Gülnaz Qənbərli

Gununsesi.info