
“Əfqanıstandakı amerikalı hərbçilərin sayı 11 min nəfərdir”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusun komandanı, general-leytenan Kenneth Mckenzie təşkil etdiyi mətbuat konfransında verilən suala cavabən deyib.
Belə ki, Kenneth Mckenzie bildirib ki, Əfqanıstandakı amerikalı hərbçilərin sayı 11 min nəfərdir: “Gələcəkdə Əfqanıstanda qulluq edən amerikalı əsgərlərini bir qismi qısamüddətli hərbi xidmətlərini başa vurduqdan sonra geri dönəcəklər”.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2016-cı ilin noyabrında Əfqanıstandakı əsgərlərinin sayını 8 min 400 nəfərə çatdırmaq barədə qərar qəbul edib.
Anar
Gununsesi.info












