ABŞ-ın gizli sirri ortaya çıxır - BUZLARIN ALTINDA NÜVƏ ŞƏHƏRCİYİ (VİDEO)

  • By admin
  • 25 Dekabr 2017 20:05

ABŞ-ın gizli sirri ortaya çıxacaq.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın Grinlandda qurduğu nüvə bazası buzların əriməsi ilə üzə çıxa bilər. Belə olduğu halda, tonlarla kimyəvi maddə dənizə axacaq.

Ərazi üzərində araşdırma aparan mütəxəssislər bunun səbəbini qlobal istiləşmədə görür.

Soyuq müharibə dövründə (1945-1990 – red.) tikilən və baza rolunu oynayan şəhərcik “Project Iceworm” (“Buz qurdları layihəsi”) adlanır. Şəhərciyin altında salınmış 4000 km uzunluğunda tuneldə SSRİ-yə qarşı istifadə etmək məqsədilə 600 nüvə silahı  yerləşdirilib.

Qeyd edək ki, Soyuq müharibə dövründə ABŞ hökumətinin gizli planlarının maddi sübutu rolunu oynayan baza hələ də buzların altındadır.

Gununsesi.info