ABŞ-ın İraqda yerləşən neft şirkəti raket atəşinə tutuldu

  • Müəllif: admin
  • 06 Aprel 2020 14:20

ABŞ-ın İraqda fəaliyyət göstərən “Halliburton” şirkətinə məxsus neft yatağı raket hücumuna məruz qalıb.

Gununsesi.org bildirir ki, “Baghdad Today” agentliyi xəbəri təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yayıb.

“Halliburton” şirkətinin Bəsrə vilayətinin Zubeyr kəndi ərazisindəki obyektlərinə beş raket atılıb.

Raketlərdən biri daha yüksək neft hasilatı ilə seçilən quyunun yaxınlığına düşüb.

Şirkətə dəymiş zərər və xəsarət alanlar barədə məlumat verilməyib.

Gununsesi.org