ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Türkiyəyə gəlir

  • Müəllif: admin
  • 08 Fevral 2017 12:58

 

abs

Fevralın 9-da ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Mayk Pompeo Türkiyəy səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məhz, ABŞ prezidenti Donald Trampın rəhbərliy altında ABŞ-la Türkiyə arasında baş tutan ilk yüksək səviyyəli görüş olacaq.

Belə ki, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 45 dəqiqə çəkən danışıq zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə məsələləri müzakirə olunub.

D.Tramp ölkəsinin strateji tərəfdaşı və NATO-nun müttəfiqi olan Türkiyəyə dəstəyini ifadə edib, terror təşkilatı İŞİD-ə qarşı mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib.

Ərdoğan isə  iki ölkənin dost və müttəfiq olduğunu bildirərək, D.Trampa prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb.

Anar

Gununsesi.info