ABŞ-ın müdafiə naziri vəzifəsinə namizəd Trampın Rusiya ilə əməkdaşlıq hazırlığını dəstəkləyib

  • By admin
  • 12 Yanvar 2017 22:56

610254

 

“ABŞ Rusiya ilə əməkdaşlığı qaydaya salmağa çalışmalıdır. Amma o sahələrdə ki, Moskva Amerikanın maraqlarının əksinə hərəkət edir, orda ona mane olmalıdır”.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri vəzifəsinə namizəd, general Ceyms Mettis bildirib.
“Rusiya ABŞ-ın strateji rəqibi olmağa qərar verib. Amma biz hətta Rusiyayla soyuq müharibənin ən qızğın vaxtlarına qarşılıqlı hərəkət edirdik və mən indi yeni seçilmiş prezidentin Rusiyayla əməkdaşlıq qərarını dəstəkləyirəm”, -deyə onun namizədliyinin iddiası üzrə dinləmələr zamanı Mettisin Senatda yayılmış yazılı cavablarında bildirilir.
Pentaqonun gələcək rəhbəri eyni zamanda, vurğulayıb ki, Rusiyayla əməkdaşlıq ABŞ-ın milli hədəflərinə cavab verməlidir.
“Biz hansısa sahələrdə əməkdaşlıq edə bilmədiyimizi gördükdə, Rusiya maraqlarımızın əksinə hərəkət etməyə qərar verəcəyi təqdirdə, ona qarşı durmalı və qorunmalıyıq” – deyə Mettis yazıb.

Gununsesi.info