Türkiyə qırıcılarından İraqın şimalında - Əməliyyat

  • By admin
  • 12 Yanvar 2017 23:14

qirici

 

Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK-ya qarşı hava əməliyyatı keçirib.

Axar.az xəbər verir ki, əməliyyat zamanı terrorçulara məxsus 2 artilleriya qurğusu məhv edilib, 3 PKK-çı zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrindən (TSQ) verilən məlumatda əməliyyatın günorta saatlarında, Haftanin və Zap bölgələrində aparıldığı bildirilib.

Vəzifələrini uğurla icra edən hərbi təyyarələr bazalarına geri dönüblər.

Gununsesi.info