ABŞ-ın Qanadakı səfirliyi saxta çıxdı - FOTO

  • Müəllif: admin
  • 03 Dekabr 2016 14:39

qana

Dünyada qəribə hadisələr olur, ancaq ABŞ-ın hansısa ölkədə qanunsuz səfirliyinin fəaliyyət göstərməsi adamda təəccüb doğurar. Amma beləsi də olurmuş. Belə bir hadisə Afrikanın Qana ölkəsində baş verib. Belə ki, bir qrup dələduz vəfırıldaqçı 10 il ərzində saxta adla ABŞ səfirliyi adı altında fəaliyyət göstəriblər.

Gununsesi.info ABŞ Dövlət departamentinin rəsmi saytına istinadən xəbər verir ki, belə bir saxta diplomatik fəaliyyətin üzə çıxması Qana və Amerika hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün olub və onun fəaliyyəti dayandırılıb. Qananın paytaxtı Akkre şəhərində 10 il ABŞ səfirliyi kimi fəaliyyət göstərən binanın üzərində Amerika bayrağı və prezident Barak Obamanın fotosu olub. Burada şərait Amerika həyat tərzinə uyğunlaşdırılıbmış. “Səfirlik”də fəaliyyət göstərən dələduzlar əsasən vətəndaşlara saxta yolla viza veriblər. “Səfirlik” həfətnin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri səhər saat 7.30-dan axşam 24.00-dək işləyirmiş. “Səfir”liyin əməkdaşlarının hamısı Qana və Türkiyədən olan kriminal dairənin üzvləri olublar. Türkiyə vətəndaşları olanlar ingilis və holland dillində danışaraq özlərini “konsul zabitləri” kimi təqdim ediblər. Dələduzlar belə uzun müddət fəaliyyət göstərməsinə şəraiti Akkre şəhərinin məmurları şərait yaradıb.

Belə ki, dələduzlar bunun üçün məmurlara rüşvət veriblər. Hətta onlar məmurlara verdikləri rüşvətlə saxta sənəd düzəltmək üçün leqal sənədlərin blanklarını əldə ediblər. Saxta ABŞ “səfirliyi” ilə yanaşı saxta Niderland “səfirliyi” də fəaliyyət göstərib.

Hazırda Qana polisi kriminal dəstənin üzvlərini həbs etmək istiqamətində axtarışını davam etdirir.

qana1

Mürtəza

Gununsesi.info