

ABŞ-ın vitse-prezidenti Co Bayden bir qədər əvvəl Ankaraya gəlib.
Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki, Co Baydeni Amkarada Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və ABŞ-ın Ankaradakı səfiri Con Bass qarşılayıb.
C.bayden Ankarada ilk olaraq Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək C. Bayden daha sonra president Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri və baş nazir Binəli Yıldırımla görüşəcək.
Görüşlərdə əsas müzakirə mövzuları Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, Suriya məsələs i və ikitərəfli əlaqələrin perspektivi olacaq.
Gununsesi.info