ABŞ-ın yeni prezidenti dollar və neft üçün nə vəd edir? -VÜQAR BAYRAMOV

  • By admin
  • 23 Yanvar 2017 12:20

vuqar

Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbbi ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır.

Gununsesi.info İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramova istinadən bildirir ki, dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil: “ Trampın“Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmillişirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağıağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı”.

“Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da Trampın mühafizikar siyasəti “qara qızılın” qiymətində kəskin artımlar imkan verməycək. Tramp seçki qabağı kampaniyada neft idxalıilə bağlı vədlərinə sadıq qalarsa o zaman, hətta neftin dünya bazar qiymətində kəskin enişlər dəmümkündür”,- deyə iqtisadçı vurğuayır.

Onun sözlərinə görə, bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil: “Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikasıölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.

Vüsalə Rüstəmova

Gununsesi.info