Heydər Əliyevin timsalında Azərbaycandan üzr istməyə məcbur olan bir ölkəninin qarşısından…

  • By admin
  • 23 Yanvar 2017 12:25

putin ve aliyev

Yadınızdadırsa, Suriya sərhəddində Su-24 təyyarəsinin vurulmasına görə, Türkiyəni az qala hər addımda sərt tənqid hədəfinə çevirən, bəzən təhdid dilində danışan, onunla hətta, bir sıra sahələrdə əlaqələri kəsən Rusiya prezidenti Vladimir Putinin  sonradan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnadan üzr istəməsi xəbəri o zaman sosial şəbəklərdə və bəzi saytlarda geniş müzakirə mövzusuna çevrilmişdi. Ancaq müzakirələrə rəğmən, üzrxahlığın o zaman təsdiqi özünü “göstərməmiş”, yəni, belə bir məsələnin olduğu doğrulanmamışdı…Sonradan baş verənləri də yəqin ki, uzun-uzadı təqdim etməyə, yazmağa ehtiyac yoxdur…Hər şey hər kəsə az-çox bəllidir…

Amma məsələnin maraqlı tərəfi odur, daha doğrusu,  siyasi proseslərdən az-çox başı çıxan hər kəsə də yaxşı aydın (idi)dır ki, Putin təbiət və xarakter etibarı ilə bu addıma gedəcək dövlət adamlarından deyil(di). Amma bununla belə, bu məsələdə istisna da yox deyil(di). Belə ki, Rusiya prezidenti bir dəfə – özü də səhv etmiriksə, Azərbaycana-prezidentliyinin ilk dövründə və ilk rəsmi səfərində mərhum dövlət başçısı Heydər Əliyev qarşısında üzrxahlıq etmişdi. Belə ki, Azərbaycana rəsmi səfəri çərçivəsində (əksər əcnəbi dövlət və hökumət rəhbərlərindən fərqli olaraq) Şəhidlər Xiyabanını və “Əbədi məşəl” Abidə Kompleksini ziyarətdən imtina etmişdi.

Təbii ki, onun bu addımı da  o zaman Azərbaycan ictimaiyyəti və ilk  növbədə siyasət ustası Heydər Əliyevin nəzərindən qaçmamış, haqlı ciddi tənqidə səbəb olmuşdu.Putinin  səfəri zamanı Bakı Slavyan Universitetində (BSU)  tələbə və müəllimlər görüşündə isə mərhum dövlət başçısı Rusiya prezidentinin bu addımının  çox yanlış və siyasət, dövlət adamı üçün xəta olduğunu ustalıqla onun üzünə vurmuşdu. Bu kadrlar o vaxt Azərbaycanın rəsmi dövlət kanalı olan AzTV ilə də yayınlanmışdı- yəqin ki, izləyənlər və xatırlayanlar bunu da təsdiqləyə bilər…

Putin isə “Sizdən öyrənəcəyimiz hələ çox şeylər var”- deyərək, yanlış addımına görə, Heydər Əliyevdən üzrxahlıq etmiş və növbəti səfərində həm Şəhidlər Xiyabanını ziyarət etmiş, həm də “Əbədi məşəl”in qarşısında əklil qoyaraq diz çökmüş və baş əymişdi…

atv

İndi bunları xatırla(t)maqda məqsədim(iz) odur ki, bir vaxtlar Heydər Əliyevin timsalında Azərbaycandan üzr istəməyə, etirafa məcbur etdirilən dövlətin, dövlət başçısının, konkret, Rusiyanın qarşısından bu cür geri çəkilməyə haqqımız yoxdur…Mən şəxsən nə Anar Həsənovu tanıyır, nə də onu haqlı və ya haqsız çıxaranlardanam…Təbii ki, hər kəsin milli-dövlət maraqlarını nəzərə alması vacidbir, o cümlədən, media, qələm əhlinin də…Amma bir suala görə Rusiyanın, onun ermənipərəst (milliyyətcə də erməni)  xarici işlər naziri Lavrovun qarşısından bu şəkildə geri çəkilməyə, boynubükük vəziyyətə düşməyə də ən azı və ən azı mənəvi haqqımız yoxdur…Bunu da bəzi media quruluşlarımızın rəhbərlərinin və Rusiya qarşısında “müntəzir” olan bəzi rəsmilərimizin nəzərə alması lazım…

lider

Kamil Həmzəoğlu

Gununsesi.info