ABŞ-ın yeni səfiri Türkiyəyə gəlib

  • By admin
  • 07 Yanvar 2022 18:21

ABŞ-ın Türkiyədə yeni təyin olunmuş səfiri Ceff Fleyk vəzifəsinin icrasına başlamaq üçün paytaxt Ankaraya gəlib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə məlumatı “Anadolu” məlumat yayıb.

Hava limanında jurnalistlərə açıqlama verən diplomat Türkiyəyə gəlməsinə görə çox xoşbəxt olduğunu bildirib. O, Türkiyə Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra isə mətbuatla daha ətraflı danışmaq imkanının olacağını qeyd edib.

 

 

Gununsesi.info