ABŞ İran tankerinə qarşı sanksiya tətbiq etdi

  • By admin
  • 31 Avqust 2019 10:48

ABŞ Maliyyə Nazirliyi cari ilin iyulunda Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Böyük Britaniya hərbçiləri tərəfindən saxlanılan və daha sonra sərbəst buraxılan İranın “Adrian Darya 1” tankerinə qarşı sanksiya tətbiq edib.

Gununsesi.org-un “Komsomolskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, “qara siyahı”ya tankerin kapitanı Axileş Kumar da salınıb. 

““Adrian Darya 1″ kimi gəmilər İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) düşmənçilik fəaliyyətinə dəstək vermək, bu mənada terrorizmi təbliğ etmək üçün maskalanmaq və qeyri-qanuni satmaq üçün onların böyük miqdarda neft yükləməsinə və nəql etməsinə imkan verir”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Xatırladaq ki, tanker Suriyaya Panama bayrağı altında neft daşıyarkən saxlanılımışdı. Lakin o, sərbəst buraxıldıqda dənizdə fərqli adla İran bayrağı altında yol qət etmişdi.

Gununsesi.org