Rusiya ilə ABŞ arasında Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoq davam edir və Moskva Vaşinqtonun yanaşmasının qorunub saxlanılacağına ümid edir.
Gununsesi.info-nun məlumatına görə, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib .
Onun sözlərinə görə, Rusiya tərəfi bu yaxınlarda ABŞ-ın Ukrayna ilə bağlı mövqeyində Alyaska sammiti zamanı əldə edilən razılaşmalardan kənara çıxan “sürüşmə elementləri”ni qeyd edib.
“Bu, ABŞ-ın yanaşmasının yenidən nəzərdən keçirilməsi və transformasiyası deməkdirmi? Ümid edək ki, yox. Ən azından amerikalılarla, o cümlədən bu məsələ ilə bağlı dialoq davam edir. Və bu, davam edəcək”, – deyə xarici işlər nazirinin müavini bildirib.
O əlavə edib ki, hazırda bu məsələ ilə bağlı müzakirələrin nə vaxt və hansı səviyyədə bərpa olunacağı ilə bağlı konkret razılaşma yoxdur.
Maqsud











