ABŞ İraq şiələrini bombaladı

  • Müəllif: admin
  • 08 Avqust 2017 11:18

15021738974107616212_1000x669

Şiələrin iqtidara yaxın “Əl-Həşd əş-Şəəbi” qruplaşmasına daxil olan “Kataib Seyid əş-Şuhəda” hərbi birləşməsi ABŞ-ın zərbələrinə məruz qalıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İraqda Suriya ilə sərhəddə baş verib.

Məlumata əsasən, ABŞ silahlıların mövqelərini güclü artilleriya atəşinə tutub.

Nəticədə çoxlusayda ölən və yaralananların olduğu bildirilir. Qruplaşma insidentin araşdırılması üçün hökumətə müraciət edib.

Gülnaz Qənbərli

Gununsesi.info