ABŞ İŞİD-i deyil, özünü vurub - Edvard Snouden

  • By admin
  • 15 Aprel 2017 12:22

afqan-1

ABŞ-ın Əfqanistanın Qəndahar əyalətindəki İŞİD mövqelərinə dünyanın ən ağır bombası sayılan “GBU-43” atmasına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snouden aydınlıq gətirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, E. Snouden bildirib ki, dünən ABŞ Əfqanistanın Qəndahar əyalətindəki İŞİD mövqelərinə deyil, Mərkəzi Kəşfiyyat İdarəsinin vəsaiti hesabına inşa olunan tunelləri vurub.

Belə ki, E. Snouden “Tvitter” hesabında 2005-ci ildə “Nyu-York Times” qəzetində dərc olunan məqaləni paylaşıb:

“Sovetlər Birliyinin Əfqanıstanın işğalı zamanı ABŞ MKİ-i Taliban silahlıları qorumaq üçün tunellər inşa edib. Əslində, ABŞ Ordusu İŞİD-in mövqelərini deyil, özünü vurub”.

Daha sonra E. Snouden “Tvitter” hesabında “Əfqanıstanda mücahidlərin tunel şəbəkəsinimi bombaladınız? Pulunu biz vermişdik!” sözlərini yazaraq, ABŞ vətəndaşlarının vergilərindən döyüş üçün kəsilən pulun “zibilə getdiyinə” eyham vurub.

Anar
Gununsesi.info