ABŞ İsrailə 38 mlrd dollar  yardım ayırdı

  • By admin
  • 15 Sentyabr 2016 13:35
absisrail
ABŞ-la İsrailə təhlükəsizliyin təmin olunması məqsədi ilə 38 milyard dollar yardım ayırdı.
Gununsesi.info xarci mediaya istinadən xəbər verir ki, artıq ABŞ-ın İsrailə təhlükəsizliyinin gücləndirilməsi, Hava-Hücumundan Müdafiə siteminin təşkil etmək məqsədi ilə  Dövlət Departamentində  saziş imzalanıb. Sazişi ABŞ Dövlət katiinin müavini Tomas Şennon və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Jacob Nagel imzalayıb.
Saziş imzalandıqdan sonra ABŞ prezidenti Barak Obama deyib ki, bu hərbi yardım 10 müddətində  2019-2028-ci illərdə İsrailin Silahlı Qüvvələrinin gücləndirilməsinə  33 milyard dollar,  5 milyard dollar isə raketdən müdafiə sisteminin təşkil olunmasına  ayrılacaq.
İsrailin baş naziri Benyamin Netanyahu  təhlükəsizlik sahəsində imzalnan tarixi sazişə görə ABŞ-a öz minnətdarlığını bildirirək deyib ki, bu bizə Hərbi Silahlı Qüvvələrimizi, həm də Hava-Hücumundan Müdafiə sisteminin gücləndirilməsinə kömək edəcək.
Gununsesi.info