Paşinyan TRIPP layihəsinin icrasını müzakirə edib

  • Müəllif: Firuzə
  • 17 Sentyabr 2026 21:24

Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə TRIPP layihəsinin həyata keçirilməsinin gedişatına həsr olunmuş müşavirə keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Müşavirədə “TRIPP Development Company”nin (TDC) hüquqi və müqavilə sənədləri paketi, eləcə də qarşıdakı addımlar müzakirə olunub.

Xüsusilə, şirkətin nizamnaməsinin və səhmdarlar arasında müqavilə layihəsinin hazırlanması istiqamətində görülən işlər təqdim edilib.

Bildirilib ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bu formatda müzakirələr davamlı xarakter daşıyacaq.

Gununsesi.info