“ABŞ koalisiyasının Suriyaya hücumu hərbi cinayətkarlıqdır”

  • By admin
  • 08 Fevral 2018 22:16

Suriya XİN  ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ölkənin şərqində törətdiyi hücumu hərbi cinayətkarlıq adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriya XİN-in BMT-yə təqdim etdiyi məktubda bildirilir.

“Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, – deyə Suriya XİN-i qeyd edib.

Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur.

Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.

Gununsesi.info