“Vətəndaşlar torpaq alarkən bizə müraciət etmir” - NAZİRLİKDƏN SÜRÜŞMƏ ZONASI İLƏ BAĞLI AÇLQLAMA

  • By admin
  • 08 Fevral 2018 22:25

“Bayıl sürüşmə zonasında vəziyyət sabit olaraq qalır”.

Gununsesi.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, bu gün də qurumun əməkdaşları ərazidə olub və akitvlik müşahidə edilməyib.

“Vətəndaşlar torpaq alarkən, tikintiyə başlayarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalıdırmı?” sualına cavab olaraq Qaralov bunları deyib: “Tərəfimizdən bu günə qədər iki atlas hazırlanıb. Həmin atlaslarda bu günə kimi sürüşmə olan ərazilərin sərhədlərinin coğrafi koordinatları verilib. Bunlar albom şəklindədir və bu albomlar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu atlaslar müxtəlif təşkilatalara, nazirliklərə verilib. Bu albomlardan Fövqəladə Hallar Nazirliyində, Bakı Şəhər İcra Hakimiyyətində var. Nə vaxt bu ərazilərdə fərdi yaşayış evi, yol infrastukturu, qaz xətti və s. məqsədlərlə verildikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin arayışı olmalıdır. Arayış olmalıdır ki, həmin ərazilər üçün xüsusi layihə hazırlansın. Layihəyə görə, həmin ərazilərdə sürüşməyə davamlı olan materialalrdan istifadə edilməlidir. Qabaqlayıcı tədbirlər görülməldir. Belə bir qərar var, amma təəsüflər olsun ki, bizə bu günə qədər müraciət edən olmayıb. Bizə evlər söküləndə, dağılanda müraciət edirlər. Vətəndaşlar evlərinə zərər gəldikdə əl-ayağa düşür”.

Qaralovun sözlərinə görə, Bayılda sürüşmə baş verən ərazi haqda məlumatlar qurumun 2004 cü il hesabatında qeyd edilib: “Həmin ərazinin konturlarını təhlükəli ərazi kimi vermişik. Bu gün baş verən proseslər bizim təhlükəli ərazi kimi qeyd etdiyimiz konturun daxilindədir. Amma təəssüflər olsun ki, orada tikinti var. Vətəndaşlar vəziyyəti nəzərə almır. Vətəndaşa ərazini verənlər də vəziyyəti nəzərə almalıdır. Əraziləri vətəndaşalara verən yerli strukturlarda ərazilər haqqında bütün məlumatlar var. Vətəndaş gedir, yayda evini tikir. Çünki həmin vaxt ərazi quru olur. Yamacı kəsir tikir. Payızda yağışlar başlayır. Sonra vətəndaş özü su çəkib, özü suvarma apaırır. Və beləcə proses yaranır”.

Qaralov onu da qeyd etdi ki, Bayıl sürüşmə zonasından götürülmüş analizlərin nəticəsi həftəsonu bilinəcək.

Gununsesi.info