ABŞ prezidenti daha bir Rusiya əleyhdarını Moskvaya səfir təyin etdi

  • Müəllif: admin
  • 11 Oktyabr 2019 20:24

ABŞ prezidenti Donald Tramp dövlət katibinin birinci müavini Con Sallivanı Birləşmiş Ştatların Rusiyadakı səfiri təyin edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, rəsmi Moskva yeni səfirin təyintına artıq razılığını bildirib.

59 yaşlı Con Sallivan 2017-ci il mayın 24-dən ABŞ dövlət katibinin müavini vəzifəsini tutur. 2018-ci ilin aprelində o, müvəqqəti olaraq Dövlət departamentinə rəhbərlik edib.

Amma ümumiyyətlə götürdükdə yeni səfirin diplomatik karyerası o qədər də uzun deyil. 2010-cu ildə o, ABŞ və İraq arasında iqtisadi münasibətlərin tənzimlənməsi üzrə xüsusi hökumət komitəsinin başçısı olub. Buna qədər o, əsasən Federal Ticarət nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

ABŞ-ın Moskvadakı diplomatik missiyasına rəhbərlik edəcəyi deyilən yeni səfir özünün anti-Kreml mövqeyi ilə tanınır. Məsələn, 2020-ci il büdcəsinin müzakirələri zamanı o, Konqresdə Putin rejiminin ünvanına sərt ifadələr işlədib.

Həmin vaxt Dövlət departamentinin büdcəsi barədə danışan Con Sallivan “Rusiya təhdidi”nə qarşı yarım milyard dollarlıq vəsaitin ayrılmasını müdafiə edərək, rəsmi Moskvanın Avropa, Avrasiya və Mərkəzi Asiyadakı fəalliyyətini “pis niyyətli” adlandırıb.

“Bu vəsaitin ayrılmasında əsas səbəb Rusiya tərəfindən gələn təhdidlərin yalnız hərbi xarakter daşımadığı, habelə onların Amerika qitəsinin ürəyində və Qərb dünyasında başqa əməliyyatları həyata keçirməyə başlamasıdır”, – deyə Son Sallivan çıxışında bildirmişdi.

 

 

Gununsesi.org