ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

  • By ilhame
  • 26 Mart 2024 20:32

ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.

 

Gununsesi.info bu barədə ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq.

 

Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.

 

Xatırladaq ki, martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib.

Gununsesi.info