Qırğızıstanın 40 vətəndaşı Rusiyaya buraxılmayıb

  • By ilhame
  • 26 Mart 2024 20:39

Qırğızıstanın 40 vətəndaşı Moskvanın Şeremetyevo hava limanında ölkəyə buraxılmayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Qırğızıstan səfirliyinin əməkdaşları hava limanına səfər edərək Rusiyaya girişi qadağan edilən ölkə vətəndaşları ilə görüşüblər.

 

Belə ki, Qırğızıstan vətəndaşları ən yaxın reyslərlə ölkələrinə aparılacaqlar. Nazirlikdən bildirilib ki, onların hamısı qida və su ilə təmin olunub.

 

Xatırladaq ki, martın 25-də Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar ölkə vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Gununsesi.info