ABŞ səfirliyi Tofiq Yaqublu ilə bağlı bəyanat verdi

  • By admin
  • 04 Sentyabr 2020 16:21

 

ABŞ-ın Azərbaycandakı səfirliyi tanınmış siyasi xadim Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsinə dair bəyanat yayıb.

Səfirlikdən Gununsesi.info-ya daxil olan bəyanatı təqdim edirik:

Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir.
Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.

ABŞ səfirliyi, bu yaxınlarda REAL siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışlayır.

Gununsesi.info