ABŞ səfirliyində ziyafət təşkil edilib

  • By admin
  • 09 İyun 2016 14:49

ABSH Sefirliyi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində ziyafət təşkil olunub. Gununsesi.info xəbər verir ki, səfir Robert Sekutanın iqamətgahında baş tutan tədbir İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Stefan Qays və həmin şöbənin işçisi Nikolas Barnetin xidməti vəzifə müddətlərinin başa çatması münasibəti ilə təşkil edilib.

Tədbirdə çıxış edən səfir hər iki şəxsin fəaliyyətlərini müsbət qiymətləndirib.

Qeyd edək ki, ziyafətdə bir sıra mətbuat işçiləri, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.

Gununsesi.info