ABŞ super bombanın sınağını keçirdi - VİDEO

  • Müəllif: admin
  • 23 Dekabr 2018 23:54

ABŞ çox böyük dağıdıcı gücə malik aviabombanın sıqağını keçirib.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, internetdə sınaqların videosu yayılıb.

Söhbət GBU-57 Massive Ordnance Penetrator (MOP) bombasından gedir. ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarəsi iki ədəd bombanı Missuri ştatında yerləşən poliqona atıb.

GBU-57 bombasının çəkisi 13,6 tondur. Bomba 61 metr yerin dərinliyində effektivdir və qalınlığı 19 metrlik olan betonu dağıda bilir.

GBU-57 2007-ci ildə “Boeing” şirkəti tərəfindən hazırlanıb.