
Tanınmış jurnalist Sevinc Telmanqızı özünün sosial şəbəkədəki hesabında Yeni İl gecəsi Azərbaycanda bir sıra otellərdə qiymətlərlə bağlı araşdırmasını təqdim edib.
Gununsesi.org jurnalistin qeydlərini təqdim edir:
Bu işbazlara – restoran, otel, kafe sahiblərinə kim deyib ki, camaatın evində pulkəsən maşın var? Bu, nə qudurğanlıq, gözü ayağının altını görməməkdi?
Anladıq da, yeni il girir. Amma özünüzü niyə itirmisiz axı? Sizə yeni illə bağlı cəmi bir otelin qiymətini yazım, şok keçirin.
Quba Palace otel: 31 dekabr- 1 yanvar tarixlərinə qiymət cədvəli:
Deluxe Dağ Mənzərəli Otaq (2 nəfərlik) – 1699 AZN
Deluxe Twin Dağ Mənzərəli Otaq (2 nəfərlik)- 1699 AZN
Deluxe Göl Mənzərəli Otaq (2 nəfərlik) – 1799 AZN
Deluxe Twin Göl Mənzərəli Otaq (2 nəfərlik)- 1799 AZN
Junior Suite (2 nəfərlik) – 1899 AZN
Honeymoon Suite (2 nəfərlik) – 1999 AZN
Family Suite (4 nəfərlik) – 2399 AZN
Manna Villa (2 nəfərlik) – 2199 AZN
Midiya Villa (6 nəfərlik) – 4199 AZN
Midiya Villa (6 nəfərlik) – 4199 AZN
Urmiya Villa (8 nəfərlik) – 5199 AZN
Atropatena Villa (8 nəfərlik) – 5199 AZN
Prezidential Suit – 11999 AZN
Şərtlər və qaydalar:
Qiymətlər geri qaytarılmayandır.
Qiymətə 2 nəfərlik səhər yeməyi, şam yeməyi və vergilər daxildir.
31 Dekabr -1 Yanvar tarixlərində minimal qonaqlama 2 gecədir
31 Dekabr qiymətə əlavə olaraq nahar yeməyi daxildir.
Bu ölkədə iki gecə üçün minimum 1699 manat verəcək neçə qudurğan cütlük var?
Camaat bu pulla Antalyada bir həftə dincəlir, gündə 5 dəfə yemək yeyərək. Niyə utanmırsız axı? Nədir bu millətə qəsdiniz?
Gununsesi.org











