
ABŞ prezidenti Donald Tramp Suriyada hərbi aerodroma zərbə vurmaq bardə əmr verdiyini cümə axşamı bildirib.
Gununsesi.info-nun newsru.com-a istinadən verdiyi məlumata görə, bu aerodromdan bir neçə gün əvvəl dinc sakinlərə qarşı kimyəvi silah tətbiq edilib. Məhz elə bu səbəbdən də ABŞ Suriyaya raket zərbəsi endirib.
“Mən bu gün Suriyada kimyəvi hücum edilən aerodroma hərbi zərbə endirilməsi barədə əmr verdim”, – Tramp, xüsusi müraciətində qeyd edib.
O da bildirilir ki, Trampın göstərişindən sonra Suriyadakı hərbi aerodroma 50-dən artıq raket atılıb.
Pentaqondan verilən məlumatda isə deyilir ki, Rusiya hərbçilərinin ola biləcəyi bölgələrə zərbə endirilməyib.
Gununsesi.info