ABŞ Talibana qarşı hücumları gücləndirib

  • By admin
  • 06 Oktyabr 2019 11:54

ABŞ danışıqlar prosesinin pozulmasından sonra “Taliban” hərəkatına qarşı hücumları gücləndirib.

Gununsesi.org RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqon rəhbəri Mark Esper məlumat verib.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp “Taliban” hərəkatı ilə sülh razılaşmasına razılıq vemişdi. Lakin, Talibanın Əfqanıstanda baş verən terror hücumuna görə məsuliyyəti öz üzərinə götürməsindən sonra sülh danışıqları ləğv olunub.

“Danışıqlar kəsildiyi üçün Talibana qarşı hücumlarımızı artırdıq. Bilirsiniz, prezident bu barədə açıq danışdı – biz (Talibana qarşı əməliyyatları) xeyli sürətləndirdik”.

 

 

Gununsesi.org