ABŞ Türkiyəni hədələdi Türkiyə NATO-dan çıxarıla bilər - Con Kerri

  • By admin
  • 18 İyul 2016 18:01

kerri

 

 

“Türkiyədə çevriliş cəhdindən sonra kütləvi “təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər”. Gununsesi.info “APA”ya istinadən xəbər verir ki, bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib.

Agentlik “İndependent” qəzetinə istinadən verdiyi xəbərə görə, Brüsseldə çıxış edən C. Kerri bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: “ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, dövlət məmuru işdən çıxarılıb.

Onlar barəsində istintaq başlayıb.

 

Gununsesi.info