ABŞ Ukraynada siyasi, iqtisadi və enerji islahatlarının aparılmasına 220 milyon dollar ayıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev ABŞ-ın vitse-prezidenti Co Bayden və Ukrayna baş naziri Vladimir Qroysman arasında keçirilən görüşündən sonra məlumat yayıb.
Məlumata əsasən, ayrılacaq vəsait gömrük və məhkəmə sisteminin islahatı, həmçinin qeyri-mərkəzləşdirmə üzrə tədbirlərin genişləndirilməsi və enerji təhlükəsizliyinin dəstəyinə yönələcək. (APA)