ABŞ vətəndaşlarını Zəngəzura səfər etməməyə çağırdı

  • By admin
  • 21 Noyabr 2021 11:14

ABŞ-ın Ermənistandakı səfirliyi Qaraunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə xəbərdarlıq səfirliyin saytında yayılıb.

“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var”, – məlumatda qeyd olunub.

Bildirilib ki, səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin Qaraunc və David Bek kəndlərində M17 avtomobil yolu və Qafan-Çakaten yolu ilə hərəkəti çox zərurət olmadıqca qadağandır.

ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədi boyunca ayıq-sayıq olmaları və Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın ərazilərə getməmələri tövsiyə olunur.

Gununsesi.info