ABŞ Yəməndə husiləri vurdu

  • By admin
  • 19 Mart 2024 13:05

ABŞ İranın dəstəklədiyi Ənsarullah (Husi) üsyançılarının nəzarətində olan Yəməndə 7 gəmi əleyhinə raket, 3 pilotsuz uçuş aparatı (PUA) və 3 silah konteynerini məhv edib.

Gununsesi.info bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

CENTCOM qeyd edib ki, bu silahlar regiondakı ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün birbaşa təhlükə yaradır.

Departamentdən bildirilib ki, bu tədbirlər naviqasiya azadlığını qorumaq və ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün beynəlxalq suların təhlükəsizliyini yaxşılaşdırmaq üçün həyata keçirilir.

 

Gununsesi.info