Bələdiyyədən çılğın layihə: 18 manat ödəyənlər torpaq sahibi olacaq

  • By admin
  • 19 Mart 2024 13:11

Gənc işçi qüvvəsini cəlb etmək istəyən bələdiyyə sədri 1500 adama 18 manat dəyərində torpaq satmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, Kanadanın Ontario ştatının Kokrayn şəhərinin bələdiyyə sədri Peter Politis gənc əhalini bölgəyə cəlb etmək üçün yaradıcı üsul tətbiq etməyə başlayıb.

Bələdiyyə sədri gənc işçi qüvvəsini bölgəyə cəlb etmək üçün suyu və işığı olan torpağı 10 Kanada dollarına (təxminən 18 manat) satmağa qərar verib. Bölgənin təbii gözəlliklərini ön plana çıxarmaq istəyən Politis alınan torpaqlarda evlərin tikilməsində ciddi vergi endirimləri və imtiyazlar olacağını da açıqlayıb.

Bölgədə oxşar torpaq qiymətlərinin təxminən 40 min dollar olduğu qeyd edilərkən, bələdiyyənin torpaq satışını təxminən 1500 nəfərlə məhdudlaşdıracağı qeyd edilib. Politis dondurucu havaların yaşandığı Torontonun şimalındakı bölgənin şüarının “Möcüzə gözlənilməz” olduğunu, Avropadan, hətta Yamaykadan da istəklərin olduğunu bildirib. “Biz Arktika deyilik. Burada elektrik və su var”, – Politis deyib.

Lakin yerli sakinlər bu planla bağlı fərqli fikirlər söyləyirlər.

 

Gununsesi.info