ABŞ “Zelenski oyuncaq”larını 100 dollara satdı

  • By admin
  • 20 Mart 2022 00:15

ABŞ-ın Çikaqo şəhərində oyuncaq şirkətlərindən biri Ukraynada müharibədən zərər çəkənlər üçün ianə kampaniyası təşkil edib.

Gununsesi.info xəbər verir ki, şirkət Ukrayna Prezidenti Vladimir Zelenskinin xarici görünüşünü əks etdirən oyuncaq hazırlayıb.

Zelenskiyə aid hər oyuncaq 100 dollardan satılıb. Ukrayna bayrağı da daxil olmaqla, müxtəlif oyuncaqlar isə 20 dollardan alıcısını tapıb

Oyuncaqların ilk partiyası bir neçə saat ərzində satılaraq tükənib. Ümumilikdə 145 min dollardan çox pul toplanıb.

Gununsesi.info